logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

09:59 31-01-2024 | icon 616
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 58 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin edilib.

Axtarışda olduğuna görə ümumilikdə 118 , o cümlədən borclu şəxs qismində axtarılan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotik vasitələrlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.