logo

Prezident seçkiləri ilə bağlı Türkiyədə 5 seçki məntəqəsi yaradılıb

14:14 30-01-2024 | icon 2100
Prezident seçkiləri ilə bağlı Türkiyədə 5 seçki məntəqəsi yaradılıb

Fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq prosesi ölkəmizin Türkiyədəki səfirliyi, İstanbul və Qars şəhərlərindəki baş konsulluqları tərəfindən fəal şəkildə davam etdirilir.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin  açıqlamasında deyilir.

Qeyd edilir ki, bu məqsədlə səfirlikdə 46 və 47, İstanbuldakı baş konsulluqda 53 və 54, Qarsdakı baş konsulluqda isə 55 saylı seçki məntəqələri yaradılıb.

Türkiyədə daimi və ya müvəqqəti yaşayan, uzunmüddətli ezamiyyətdə, seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları yerli vaxtla saat 8:00-dan 19:00-dək ölkəmizin ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə yuxarıda qeyd edilən seçki məntəqələrinə gələrək səsvermə hüququnu həyata keçirə bilərlər.

Seçki məntəqələrinin ünvanları: Azərbaycanın Türkiyədəki səfirliyi: Diplomatik site, Bakü sokak No:1, Oran/Ankara;

İstanbul şəhərindəki baş konsulluğu: Zeytinoğlu Caddesi No 65, Akatlar, Beşiktaş / İstanbul;

Qars şəhərindəki baş konsulluğu: Yusif Paşa məhəlləsi Heydər Əliyev prospekti N: 9, Kars / Mərkəz;

Seçkilərdə iştirakla bağlı suallar üçün Türkiyədəki vətəndaşlarımız +90 535 577 61 68 nömrəli qaynar xətt vasitəsilə səfirliklə əlaqə saxlaya bilərlər.