logo

Azad edilmiş ərazilərdəki 6 seçki məntəqəsində 22 min seçici ilk dəfə səs verəcək

13:31 30-01-2024 | icon 2471
Azad edilmiş ərazilərdəki 6 seçki məntəqəsində 22 min seçici ilk dəfə səs verəcək

Azad edilmiş ərazilərdə ilk dəfə 22 mindən çox seçici səs verəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov məlumat verib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir və məntəqələr prosesə tam hazırdır: “Seçki bülletenlərinin çatdırılmasını nəzərə almasaq, onları hazır adlandıra bilərik. 22 mindən artıq seçicimiz işğaldan azad olunmuş ərazilərdə olan məntəqələrin seçici siyahılarına daxil edilib. Onlar səsvermə hüququnu həmin məntəqələrdə reallaşdırmaq imkanı əldə ediblər”.

R.Qasımov bildirib ki, bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki 6 seçki məntəqəsində MSK-da akkreditə olunmuş təşkilatlardan biri - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə “exit-poll” həyata keçirəcək: “Həmin ərazilərdəki məntəqələrin hazırlığı prosesi tam başa çatıb və azad olunmuş ərazilərimizdə səs verəcək seçicilərimiz artıq seçki günü öz hüquqlarını sərbəst şəkildə bu ərazilərdə reallaşdıracaqlar”.