logo

“Çovdar” yatağından 243 min unsiyadan çox qızıl hasil edilib

12:52 30-01-2024 | icon 1680
“Çovdar” yatağından 243 min unsiyadan çox qızıl hasil edilib

"Çovdar" yatağının birinci fazası - oksid mərhələsi üzrə 2021-ci ildə istismar işləri tamamlanıb, 243,4 min unsiya həcmində qızıl hasil edilib. "Çovdar" yatağının ikinci fazası - sulfid mərhələsi və cinah yataqları üzrə hasilata başlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, 2020-ci ildə regional emal sahəsinin istismar dövrü 8 il hesablansa da, ehtiyatlarda əldə edilən artımlar hesabına bu müddətin 10 ilə çatdırılmasına nail olunub.

“Yaxın perspektivdə isə regionda yeni cinah yataqlarının kəşf edilməsi və resursların artırılması ilə ÇİRES-in fəaliyyət müddətinin daha da uzadılmasını hədəf olaraq qarşıya qoyulub”, - deyə Zakir İbrahimov əlavə edib.