logo

Prokurorluq şadlıq sarayında fəhlənin yıxılaraq ölməsi faktını araşdırır

12:12 30-01-2024 | icon 770
Prokurorluq şadlıq sarayında fəhlənin yıxılaraq ölməsi faktını araşdırır

Yanvarın 29-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən şadlıq saraylarından birində aparılan təmir işləri zamanı 1988-ci il təvəllüdlü Bəhram Bayramovun dəmir konstruksiyanın üzərindən yerə yıxılaraq aldığı xəsarətdən ölməsi faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən  bildirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.