logo

İsveçrədən Sinqapura uçan təyyarə Bakıda təcili eniş edib

11:33 30-01-2024 | icon 602
İsveçrədən Sinqapura uçan təyyarə Bakıda təcili eniş edib

"Swiss International Air Lines" aviaşirkətinin Sürix-Sinqapur reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bakı aeroportundan YeniAvropa-ya bildirib ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub (insult).

“Boeing 777" təyyarəsi yerli vaxtı ilə saat 06:53-də Bakı hava limanında uğurla eniş edib. Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb”, - deyə məlumatda bildirilir.