logo

Elnur Soltanov "COP29"un baş icraçı direktor təyin edilib

20:50 29-01-2024 | icon 595
Elnur Soltanov "COP29"un baş icraçı direktor təyin edilib

Elnur Soltanov Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan üzrə baş icraçı direktor təyin edilib.

YeniAvropa xəbər verir ki, bu barədə "COP29"un “X” sosial səhifəsində  məlumat verilib.

Qeyd edək ki, Elnur Soltanov 2004-2009-cu illərdə Texas Texnologiya Universiteti, Slippery Rock Universiteti və Truman Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. O, 2000-2003-cü illərdə Türkiyədə Avrasiya Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı işləyib, daha sonra 2003-2009-cu illərdə ABŞ-nin Texas Texnologiya Universitetinin siyasi elmlər fakültəsində aspirantura təhsili alıb.

Həmçinin o, 2009-2018-ci illərdə ADA Universitetində baş müəllim, Xəzər Enerji və Ətraf Mühit Mərkəzində direktor, ictimai və beynəlxalq münasibətlər fakültəsində dekan vəzifəsində çalışıb. 2018-ci ildən Azərbaycan Respublikası energetika nazirinin müavinidir.