Gürcüstanın baş naziri istefa verdi
Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib.
YeniAvropa xəbər verir ki, bu barədə İrakli Qaribaşvili paytaxt Tbilisidə bu gün keçirdiyi brifinqdə məlumat verib. O, istefa qərarının səbəbini açıqlanmayıb.
Xatırladaq ki, bundan əvvəl İ.Qaribaşvili 2013-2015-ci illərdə Gürcüstan hökumətinə başçılıq edib. O, ikinci dəfə Gürcüstan hökumətinin başçısı vəzifəsinə başlamazdan əvvəl ölkənin müdafiə naziri olub və o, 2021-ci il fevralın 22-də ikinci dəfə baş nazir vəzifəsini tutub.
Qeyd edək ki, baş nazirin vəzifə səlahiyyətləri istefa verdiyi gündən başa çatır. Hökumət üzvləri-nazirlər isə yeni baş nazir təyin olunanadək səlahiyyətlərini icra edəcəklər. İki həftə ərzində parlament hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının yeni baş nazir vəzifəsinə irəli sürdüyü namizədi və onun hökumətinin yeni tərkibini təsdiq etməlidir. Yeni hökumətin təsdiqi üçün parlamentin 76 deputatının səsi tələb olunur.
Bəzi məlumatlara görə, Gürcüstanın baş naziri vəzifəsinə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze təyin olunacaq. İ.Qaribaşvilinin isə hakim partiyanın sədri vəzifəsinə seçiləcəyi gözlənilir.
Fevralın 1-də isə hakim partiyanın növbədənkənar qurultayının keçiriləcəyi planlaşdırılıb.
İrakli Qaribaşvili ilk dəfə 2013-cü ildə Gürcüstanın baş naziri vəzifəsini tutub. O bu vəzifədə “Gürcü arzusu”nun yaradıcısı Bidzina İvanişvilini əvəz etsə də, 2015-ci il dekabrın 30-da istefa verib. Daha sonra Giorgi Kvirikaşvili Gürcüstanın baş naziri postunda İrakli Qaribaşvilini əvəzləyib.
Dubaydan gətirilən qızıl külçələri ölkəyə keçirən gömrükçülərin məhkəməsi başlayır
Piyada keçidinin tikintisinə görə Hava Limanı-Mərdəkan yolu bağlanacaq
AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa nə vaxt götürüləcək?
Daha bir cüdoçumuz Avropa çempionu olub
Göyçayda atasını döyərək öldürən oğulun məhkəməsi başlayır
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb
“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib
Şuşada "Vüqar Həşimov Memorialı-2024" turniri keçiriləcək
2024-cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü
Ukraynaya daha güclü "F-16" donanması lazımdır-Zelenski
Sabah Bakıda 29° isti olacaq
Stoltenberq NATO ölkələrini Kiyevə daha çox hərbi yardım etməyə çağırıb
İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş direktoru ilə görüşüb
Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda çıxış edib
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır-İlham Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş hazırlığını yoxlayıb
İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir
Bakıda “Hüquq və iqlim” adlı beynəlxalq konfrans keçirilir
"Formula 1" Azərbaycan Qran-Prisinin Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
DİM 500-ə yaxın şagird üçün əlavə imtahan keçirəcək
Azərbaycan nefti 78,33 dollara satılır
Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
Azərbaycanın iki qadın cüdoçusu Avropa çempionu olub
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb