logo

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin yeni sədri kimdir?

15:45 29-01-2024 | icon 770
Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin yeni sədri kimdir?

Prezident İlham Əliyev yanvarın 29-da Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin yeni sədrinin təyin edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin edilsin".

Qeyd edək ki, Xanlar Ağalarov 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib, 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr dərəcəsi alıb.

O, Prezident Administrasiyasının Strateji araşdırmalar və planlaşdırma şöbəsində, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsində müxtəlif vəzifələrdə işləyib.