logo

MSK 5-ci dəfə Putinin Rusiya prezidentliyinə namizədliyini qeydə alıb

15:15 29-01-2024 | icon 777
MSK 5-ci dəfə Putinin Rusiya prezidentliyinə namizədliyini qeydə alıb

Rusiya Mərkəzi Seçki Komissiyası(MSK) prezident seçkilərində hazırkı dövlət başçısı Vladimir Putinin namizədliyini qeydə alıb.

YeniAvropa xəbər verir ki, Rusiya MSK-nın sədri Ella Pamfilova qərarın yekdilliklə qəbul edildiyini bildirib.

Vladimir Putin MSK-da qeydə alınan dördüncü namizəddir. Bundan əvvəl Leonid Slutski (RLDP), Vladislav Davankov (“Novıye lyudi”) və Nikolay Xaritonovun (RFKP) namizədlikləri də qeydə alınıb. Vladimir Putin artıq beşinci dəfə prezident seçkilərində iştirak edir. O, 2000-ci, 2004-cü, 2012-ci və 2018-ci illərdə də prezident seçkilərinə qatılmışdı.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-17-də keçiriləcək.