logo

Sabah Bakıda qısamüdətli yağış yağacaq, 5° isti olacaq

13:13 29-01-2024 | icon 672
Sabah Bakıda qısamüdətli yağış yağacaq, 5° isti olacaq

Azərbaycanda yanvarın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə havanın qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-3°, gündüz 3-5° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 775 millimetr civə sütunu olacaq. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı bildirilir.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.