logo

Astarada "Jiquli" 5 yaşlı uşağı vurub öldürdü

11:55 29-01-2024 | icon 3864
Astarada "Jiquli" 5 yaşlı uşağı vurub öldürdü

Astarada azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Qamışoba kəndi ərazisində baş verib. Hərəkətdə olan "VAZ-2106" 90-EZ-171 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili yolu keçən Çəmənli kənd sakini 5 yaşlı F.Yadigar qızı Nəzərovanı vurub. Sürücü uşağı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsə də, azyaşlı yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.