logo

80 minə yaxın müşahidəçi MSK-da qeydiyyatdan keçib

10:50 29-01-2024 | icon 532
80 minə yaxın müşahidəçi MSK-da qeydiyyatdan keçib

Növbədənkənar prezident seçkiləri ilə bağlı 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib. Məlumdur ki, ölkədə 6300-dən çox seçki məntəqəsi var. Hər məntəqəyə 15-ə yaxın müşahidəçi düşür. Əsas məqsəd odur ki, müşahidəçilər fəal olsunlar, çünki onların müəyyən məsələlərə müdaxilə etmək səlahiyyətləri var.

YeniAvropa xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Beynəlxalq müşahidəçilərin sayının 800-ə çatdığını bildirən MSK sədri əlavə edib: “Beynəlxalq qurumların yaxşı müşahidə aparmasını vacib hesab edirik. Çox istərdik ki, xüsusilə ATƏT-in uzunmüddətli missiyası da müşahidə prosesində fəal iştirak etsin. ATƏT-in müşahidəçilərinin vəzifəsi işğaldan azad bölünmüş ərazilərdə ciddi müşahidə aparmaq olmalıdır. Çünki biz bu seçkiləri Zəfər seçkisi adlandırırıq. Hamımız fəal olmalıyıq”.