logo

Portuqaliya "Qran Pri"si:Bu gün daha 3 cüdoçumuz tatamiyə çıxır

11:55 28-01-2024 | icon 1848
Portuqaliya "Qran Pri"si:Bu gün daha 3 cüdoçumuz tatamiyə çıxır

Portuqaliyanın Odivelaş şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinə bu gün yekun vurulacaq.

YeniAvropa xəbər verir ki,yarışın sonuncu günündə Azərbaycanın daha üç cüdoçusu tatamiyə çıxacaq.

Elcan Hacıyev (90 kiloqram) avstriyalı Adam Borçaşvilli, Vüqar Talıbov (90 kiloqram) misirli Ali Hazemlə qarşılaşacaq.

Uşangi Kokauri (+100 kiloqram) isə türkiyəli Munir Ertuqla üz-üzə gələcək.

Qeyd edək ki, Qran-pri turnirində indiyədək Yaşar Nəcəfov (66 kiloqram) gümüş, Turan Bayramov (60 kiloqram), Kamran Süleymanov (66 kiloqram) və Səid Mollayi (81 kiloqram) bürünc medal qazanıblar.