logo

Ağdaşda ağır avtoqəza: 56 yaşlı qadın hadisə yerində ölüb

10:50 28-01-2024 | icon 700
Ağdaşda ağır avtoqəza: 56 yaşlı qadın hadisə yerində ölüb

Yanvarın 28-i saat 6 radələrində Ağdaş rayonunun Nehrəxəlil kəndi ərazisində Aydın İsmayılovun idarə etdiyi “VAZ-2104” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya bildirilib ki, hadisə nəticəsində avtomobildə olan sərnişin, 1968-ci il təvəllüdlü Əzizova Laləzar İsgəndər qızı aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.