logo

Bu gündən məktəblərdə qış tətili başlayıb

09:09 27-01-2024 | icon 3514
Bu gündən məktəblərdə qış tətili başlayıb

Ümumtəhsil müəssisələrində qış tətili başlanıb.

Elm və Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, ümumtəhsil müəssisələrinin bütün səviyyələri üçün yanvarın 27-dən 31-dək (5 gün) qış tətili günləridir.

Tətildən sonrakı ilk dərs günü fevralın 1-i olacaq.