logo

Qaribaşvili Paşinyanla regiondakı vəziyyəti müzakirə edib

21:11 26-01-2024 | icon 980
Qaribaşvili Paşinyanla regiondakı vəziyyəti müzakirə edib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan ermənistanlı həmkarı Nikol Paşinyanla görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyasından məlumat verilib. Bildirilib ki, görüş zamanı regionda və dünyada təhlükəsizlik mühiti və çağırışlar diqqət mərkəzində olub.

İrakli Qaribaşvili Cənubi Qafqaz regionunda sülh və sabitliyin dəstəklənməsinin vacibliyini vurğulayıb, bunun regiona yeni imkanlar gətirəcəyini qeyd edib. Söhbət zamanı, Ermənistan və Azərbaycanın baş nazirlərinin Tbilisidə keçirilən görüşündə Gürcüstanın regionda sülh və sabitliyin təşviqində mühüm rolu və səyləri vurğulanıb. İ.Qaribaşvili deyib ki, Gürcüstan regionun sülh yolu ilə inkişafı üçün səylər göstərməyə hazırdır.

Tərəflər, həmçinin iqtisadiyyat sahəsində əməkdaşlığ