logo

AZAL aprel ayından Bakı-Kəraçi aviareysinə başlayacaq

17:17 26-01-2024 | icon 1036
AZAL aprel ayından Bakı-Kəraçi aviareysinə başlayacaq

“Azərbaycan Hava Yolları” aviaşirkəti(AZAL) aprel ayından etibarən Pakistanın ən böyük şəhəri Kəraçiyə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.

YeniAvropa xəbər verir ki, AZAL-dan bildirilib.

Qeyd edilib ki, Bakıdan Kəraçi şəhərinə ilk aviareys aprelin 18-nə planlaşdırılıb. Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Kəraçini turistlər üçün maraqlı edən onun Pakistanın tarixi və mədəni mərkəzi olmasıdır.

Qeyd edək ki, hazırda AZAL Pakistanın digər iki şəhərinə – İslamabad və Lahora uçuşlar həyata keçirir.