logo

İndiyədək 65 minədək müşahidəçi qeydiyyatdan keçib-MSK sədri

16:56 26-01-2024 | icon 1855
İndiyədək 65 minədək müşahidəçi qeydiyyatdan keçib-MSK sədri

Bu günədək 65 minə yaxın müşahidəçi qeydiyyatdan keçib. Onların 512 nəfəri beynəlxalq müşahidəçilərdir. Onlar 70 ölkədən, 49 təşkilatdan gəliblər.

YeniAvropa xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının(MSK) sədri Məzahir Pənahov komissiyanın yanvarın 26-da keçirilən iclasında deyib.

O qeyd edib ki, Mərkəzi Seçki Komissiyası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə layihə çərçivəsində seçicilərin məlumatlandırılması üçün mobil operatorlar vasitəsilə vətəndaşlara seçki hüququndan istifadə etməklə bağlı bildirişlər göndərir.

MSK sədri bildirib ki, min məntəqədə veb-kameralar quraşdırılıb və bu, seçkiləri əlverişli şəraitdə müşahidə etməyə imkan verəcək.