logo

Paşinyan Gürcüstana səfərə gedir

14:34 26-01-2024 | icon 896
Paşinyan Gürcüstana səfərə gedir

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfər edəcək və gürcü həmkarı İrakli Qaribaşvili ilə görüşəcək.

YeniAvropa Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, baş nazirlərin təkbətək görüşündən sonra Gürcüstan-Ermənistan hökumətlərarası iqtisadi komissiyasının iclası keçiriləcək. Görüşlərin sonunda hökumət başçıları mətbuata birgə bəyanatla çıxış edəcəklər.