logo

Xudafərin-Qubadlı-Laçın yoluna düşən bir neçə məzarlıqlar və ziyarətgah köçürülüb

12:32 26-01-2024 | icon 623
Xudafərin-Qubadlı-Laçın yoluna düşən bir neçə məzarlıqlar və ziyarətgah köçürülüb

Xudafərin-Qubadlı-Laçın yolu layihələndirilən zaman bir sıra məzarlıqlar və ziyarətgahın köçürülməsi prosesi baş tutub.

YeniAvropa xəbər verir ki, bu barədə yanvarın 26-da Qarabağ və Şərqi Zəngəzur bölgəsində üç mühüm avtomobil yolunun: Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı ictimai dinləmədə məlumat verilib.

Bildirilib ki, yolun layihələndirilməsi zamanı bir çox məzarlıq tikintinin altına düşdüyündən köçürülmə prosesi olub. Müvafiq qurumların nümayəndələri ilə birlikdə müəyyən sənədləşmə işləri aparılıb, beləliklə, 61 məzar, XVII əsrə aid olan ziyarətgah köçürülüb.

Qeyd olunub ki, məzarlıqların və ümumiyyətlə, tarixi yerlərin köçürülməsi zamanı ətraf mühitin qiymətləndirilməsi prosesi çox vacibdir. Bu, inkişaf layihələrinin cəmiyyət üçün daha sürətli və ən effektiv şəkildə nəticələnməsini təmin etməyə yardımçı olur.