logo

Portuqaliya "Qran-Pri"si:Bu gün 9 cüdoçumuz tatamiyə çıxır

11:44 26-01-2024 | icon 1239
Portuqaliya "Qran-Pri"si:Bu gün 9 cüdoçumuz tatamiyə çıxır

Bu gün Portuqaliyanın Odivelaş şəhərində cüdo üzrə "Qran-Pri" turnirinə start veriləcək.

YeniAvropa xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 9 idmançısı qüvvəsini sınayacaq.

Kişilərin mübarizəsində Balabəy Ağayev (60 kiloqram) Maksimilian Heyder (Almaniya) / Artem Lesyuk (Ukrayna) görüşünün qalibi, Turan Bayramov (60 kiloqram) Coau Amaro Martins (Portuqaliya) / Anqelo Pantano (İtaliya) görüşünün qalibi, Yaşar Nəcəfov (66 kiloqram) Serdar Rahimov (Türkmənistan) / Yanislav Gerçev (Bolqarıstan) görüşünün qalibi, Kamran Süleymanov (66 kiloqram) Aleksandr Bukur (Portuqaliya) ilə qarşılaşacaq.

Qadınların yarışında isə Könül Əliyeva (48 kiloqram) çinli Ka Li Vonq, Gültac Məmmədəliyeva (52 kiloqram) fransalı Lea Metrot, Aydan Vəliyeva (52 kiloqram) niderlandlı Naomi Van Krevel, Fidan Əlizadə (57 kiloqram) ispaniyalı Veronika Peres Paçeko, Açelya Toprak (57 kiloqram) isə türkmənistanlı Maysa Pardayeva ilə üz-üzə gələcək.

Qeyd edək ki, Qran-Pri turnirinə yanvarın 28-də yekun vurulacaq.