logo

“Azercell” şəbəkəsində təhlükəsizlik tədbirləri gücləndirilib

11:01 26-01-2024 | icon 1022
“Azercell” şəbəkəsində təhlükəsizlik tədbirləri gücləndirilib

2024-cü il yanvarın 26-da səhər saatlarında “Azercell” şəbəkəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı aparılan əməliyyat işləri zamanı bəzi qlobal (Facebook/Instagram/WhatsApp) sosial şəbəkə platformalarından və ümumilikdə internet saytlarından istifadədə çətinlik yaranması mümkün idi.

Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra bu xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi təmin edilib.