logo

Rumıniya maliyyə səbəbindən builki "Eurovision"da iştirak etməyəcək

23:24 25-01-2024 | icon 518
Rumıniya maliyyə səbəbindən builki "Eurovision"da iştirak etməyəcək

Rumıniya "Eurovision-2024" mahnı müsabiqəsində iştirak etməyəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Rumıniya Televiziyasının İnzibati Şurası məlumat yayıb.

Bildirilib ki, Rumıniya beynəlxalq rəqabətdə daha yüksək standartlara uyğun iştirakını təmin etmək üçün kifayət qədər vəsaitə malik deyil.

Qeyd edilir ki, Rumıniya 1993-cü ildən müsabiqədə iştirak edir. 2016-cı ildə milli televiziyanın Avropa Yayım Birliyinə borcu olduğu üçün ölkəyə müsabiqədə iştiraka icazə verilməyib.

Builki "Eurovision" müsabiqəsi mayın 7, 9 və 11-də İsveçin Malmö şəhərində keçiriləcək.