logo

Əli Əsədov gürcü nazirlə əməkdaşlıq məsələlərini müzakirə edib

20:20 25-01-2024 | icon 483
Əli Əsədov gürcü nazirlə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycanın baş naziri Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari ilə görüşüb.

YeniAvropa xəbər verir ki, görüşdə Azərbaycanla Gürcüstan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

İki ölkə arasında humanitar sahədə əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.