logo

Azərbaycan Rusiyaya daha 36 ton yumurta göndərib

19:20 25-01-2024 | icon 1008
Azərbaycan Rusiyaya daha 36 ton yumurta göndərib

Yanvarın 25-də Azərbaycandan Rusiyaya 612 min ədəd (36 ton) daha iki partiya ərzaq yumurtası tədarük edilib.

YeniAvropa xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Ümumilikdə, bugünədək Azərbaycan Rusiyaya 4,2 milyon ədəd yumurta ixrac edib.

Bildirilir ki, yaxın vaxtlarda daşınmaların fasiləsiz həyata keçirilməsi üçün texniki mütəxəssislər məsləhətləşmələr aparacaqlar.

Qeyd edək ki, Azərbaycan 2023-cü il dekabrın 19-dan Rusiyaya yumurta tədarükünə başlayıb.