logo

Gürcüstanın təhsil və elm naziri Azərbaycana səfərə gəlib

17:57 25-01-2024 | icon 462
Gürcüstanın təhsil və elm naziri Azərbaycana səfərə gəlib

Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari Azərbaycana səfərə gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Giorgi Amilakhvari Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsini anıb, məzarları üzərinə qərənfillər düzüb.

Səfər çərçivəsində G.Amilaxvari azərbaycanlı həmkarı Emin Əmrullayev və digər rəsmi şəxslərlə görüşəcək, Azərbaycanın elm və akademik dairələrində olacaq.

Görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, müəllim və tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.