logo

Türkiyədə 5,2 bal gücündə zəlzələ olub

17:17 25-01-2024 | icon 973
Türkiyədə 5,2 bal gücündə zəlzələ olub

Türkiyənin Malatya vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, b u gün yerli vaxtla saat 16.04-də meydana gələn zəlzələnin episentri Malatyanın Battalgazi rayonu olub.

Ocağı yerin 13,93 kilometr dərinliyində qeydə alınan yeraltı təkanlar ətraf bölgələrdə də hiss edilib.