logo

22 və 93 saylı marşrut avtobusunda ödəniş nağdsız olacaq

15:55 25-01-2024 | icon 595
22 və 93 saylı marşrut avtobusunda ödəniş nağdsız olacaq

Yanvarın 27-dən NZS yaşayış massivi – Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi istiqamətində fəaliyyət göstərən 22 nömrəli, yanvarın 28-dən isə Sabunçu dəmir yolu stansiyasını “Dərnəgül” metro stansiyası ilə əlaqələndirən 93 nömrəli şəhərdaxili müntəzəm marşrutlar nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) YeniAvropa-ya bildirilib ki, Bakı şəhəri üzrə fəaliyyət göstərən 180 marşrutdan 102-si nağdsız ödəniş sisteminə qoşulub.

Ötən il 14 marşrut üzrə fəaliyyət göstərən 375 avtobusda kart sisteminə keçid olunub.