logo

504 uşaq övladlığa verilib

11:55 25-01-2024 | icon 462
504 uşaq övladlığa verilib

2019-cu il noyabrın 1-dən etibarən ümumilikdə 504 uşaq övladlığa verilib. Onlardan 141 nəfəri ötən il övladlığa verilən uşaqlardır.

YeniAvropa xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində keçirilən mətbuat konfransında Agentliyin İdarə heyətinin sədri Vüqar Behbudov söyləyib.

V.Behbudov bildirib ki, paralel olaraq “Himayədar ailə” qayğı modeli çərçivəsində beş uşaq himayədar ailələrə verilib.

“696 uşağın müəssisəyə yerləşdirilməsi ilə bağlı müraciət edilib. 269 uşağın müəssisəyə yerləşdirilməsinə dair qərar verilib. 344 uşağın ailə himayəsində saxlanmasına dair qərar verilib. 35 uşaqla bağlı proses davam edir. 135 uşaqla bağlı müraciət digər qurumlara yönləndirilib və ya hədəf qrupundan kənar hesab olunub. Qeyd edək ki, 2022-ci ildə edilmiş 87 müraciətlə iş 2023-cü ildə davam edib. Bundan başqa, 197 uşaq ailə himayəsinə qaytarılıb. Sosial layihələr çərçivəsində 2023-cü il ərzində 21 şəhər və rayonda yaradılan günərzi qayğı mərkəzlərində 630 nəfər uşağa sosial xidmət göstərilib”, - deyə V.Behbudov əlavə edib.