logo

Qarabağdakı rus sülhməramlılarının  Ermənistana heç bir dəxli yoxdur

20:50 24-01-2024 | icon 1687
Qarabağdakı rus sülhməramlılarının  Ermənistana heç bir dəxli yoxdur

Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsi Ermənistana aidiyyəti yoxdur.

YeniAvropa xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirilən mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, bu, Moskva ilə Bakının öz arasında olan məsələdir.

"Qarabağı hər kəs Azərbaycan ayrılmaz hissəsi kimi tanıyıb. Bizim orada faktiki olaraq sülhməramlılarımız var. Amma bu məsələ artıq Ermənistan tərəfinə aid deyil. Bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə aid olan məsələdir. Hazırkı mərhələdə rus sülhməramlılarının mövcudluğu regionda sabitliyin möhkəmləndirməsində müsbət rol oynayır", - deyə rusiyalı nazir vurğulayıb.