logo

Ekoloji yönümlü bir qrup QHT sədrləri ilə görüş keçirilib

18:58 24-01-2024 | icon 1757
Ekoloji yönümlü bir qrup QHT sədrləri ilə görüş keçirilib

Yanvarın 24-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində ekoloji yönümlü bir qrup QHT nümayəndələri ilə görüş keçirilib.

YeniAvropa xəbər verir ki, görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva və digər məsul şəxslər iştirak ediblər.

Müzakirələrdə 25-ə yaxın QHT təmsilçisi ekoloji sahədə QHT-lərin fəaliyyətinin gücləndirilməsi, həmçinin ölkəmizdə keçiriləcək COP29 tədbiri ilə bağlı müxtəlif təkliflərlə çıxış edib, müvafiq qeydlər götürülüb, suallar cavablandırılıb.

file..+00+1-3