logo

Şaxtalı hava şəraiti sabah səhər saatlarınadək davam edəcək

15:55 24-01-2024 | icon 497
Şaxtalı hava şəraiti sabah səhər saatlarınadək davam edəcək

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 24-ü saat 15:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Belə ki, Bakıda və Abşeron yarımadasında, Qarabağ və Şərqi Zəngəzurda, Naxçıvan Muxtar Respublikasında, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində qar yağır.

XidmətdənYeniAvropa-ya verilən məlumata görə, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1°-dək isti, Naxçıvan Muxtar Respublikasında 2-6° şaxta, Aran rayonlarında 1° şaxtadan 2°-dək isti, dağlıq rayonlarda 6°, yüksək dağlıq ərazilərdə isə 10°-dək şaxtadır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və qarlı hava şəraiti axşam saatlarından tədricən kəsilsə də, şaxtalı hava şəraiti yanvarın 25-i gecə və səhər saatlarınadək davam edəcək. Bəzi yolların buz bağlayacağı ehtimalı var.