logo

Ermənistan yeni müttəfiqlər axtarır-Ararat Mirzoyan

14:34 24-01-2024 | icon 1022
Ermənistan yeni müttəfiqlər axtarır-Ararat Mirzoyan

Ermənistan 2020-ci ildəki müharibədə məğlubiyyətdən sonra yeni müttəfiqlər axtarır.

YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. Onun sözlərinə görə, hər bir rasional düşünən cəmiyyət daim yeni müttəfiqlər tapmaq üçün səy göstərməlidir. Ermənistan üçün bu, 2020-ci il müharibəsi və sonrakı hadisələr zamanı müttəfiqlərdən dəstək mexanizmlərinin fəaliyyətsizliyi səbəbindən daha aktual olub.

“Təbii ki, yeni müttəfiqlərin axtarışı, ilk növbədə, təhlükəsizlik sahəsindəki məsələləri həll etmək üçün lazımdır”, - deyə nazir vurğulayıb. Lakin o, təhlükəsizlik sistemləri ilə bağlı hər hansı sənədin imzalanması barədə yayılan məlumatları təkzib edib.