logo

Sabah Bakıda 5° isti olacaq

13:13 24-01-2024 | icon 455
Sabah Bakıda 5° isti olacaq

Azərbaycanda yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 2-5° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 771 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək. Nisbi rütubət 75-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 12-17°, gündüz 2-7° şaxta olacağı bildirilir.

Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.