logo

TDT Rəqabət Şurasının növbəti iclası Azərbaycanda keçiriləcək

11:44 24-01-2024 | icon 644
TDT Rəqabət Şurasının növbəti iclası Azərbaycanda keçiriləcək

İstanbulda keçirilən Türk Dövlətləri Rəqabət Qurumları Şurasının birinci iclasında qərara alınıb ki, bu yeni qurumun növbəti iclası Azərbaycanda keçirilsin.

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Merey Mukazhan iclasda çıxış edərək bildirib ki, təşkilatın nəzdində əməkdaşlıq platformasının – Rəqabət Şurasının yaradılması iqtisadi əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı olacaq.

YeniAvropa təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, Baş katibin müavini yeni qurumun yaradılmasının Türk dünyasının 2040-cı ilədək vizyonunun, TDT-nin 2022-2026-cı illər üçün strategiyasının həyata keçirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

İclasda çıxış edən Türkiyənin ticarət naziri Ömər Bolat qeyd edib ki, TDT-nin Avrasiya regionunda getdikcə artan rolu fonunda Turan Xüsusi İqtisadi Zonası və Türk İnvestisiya Fondunun fəaliyyəti üzv dövlətlərin iqtisadi-ticari əlaqələrini, habelə beynəlxalq əməkdaşlığını daha da gücləndirəcək.

Tədbirdə TDT-nin qurumlarının fəaliyyəti və onların arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.