logo

Gəncədə “ZİL” ilə "Jiquli" toqquşub:1 nəfər ölüb, 2-si xəsarət alıb

09:49 12-11-2023 | icon 4704
Gəncədə “ZİL” ilə "Jiquli" toqquşub:1 nəfər ölüb, 2-si xəsarət alıb

Gəncədə ölümlə nəticələn ağır yol qəzası baş verib.

YeniAvropa xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan “ZİL” markalı yük avtomobili ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə yerində polis əməkdaşları cəlb olunub.

Bu arada qəzada ölən və yaralananların kimliyi də məlum olub

Xəsarət alanlar 2002-ci il təvəllüdlü Zöhrab Hüseynov və 2004-cü il təvəllüdlü Çingiz Mustafayevdir.

Ölən isə Mehdi adlı şəxsdir.

Hadisə ilə bağlı polis əməkdaşları araşdırma aparır.