logo

Ordumuzun Ağdam istiqamətindəki mövqeləri atəşə tutulub

09:49 19-09-2023 | icon 777
Ordumuzun Ağdam istiqamətindəki mövqeləri atəşə tutulub

Sentyabrın 18-də saat 23:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.