logo

“Neftçi” Azərbaycan Premyer Liqasında ən bahalı komandadır

13:53 15-09-2023 | icon 1701
“Neftçi” Azərbaycan Premyer Liqasında ən bahalı komandadır

“Neftçi” heyətindəki futbolçuların qiymətinə görə Azərbaycan Premyer Liqasının ən bahalı komandasıdır.

YeniAvropa "Transfermarkt" portalına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin oyunçularının ümumi transfer dəyəri 16 630 000 avro təşkil edir.

İkinci pillədə “Qarabağ” yer alıb. Ağdam təmsilçisinin heyətinin dəyəri 13 700 000 avrodur. İlk “üçlüy”ü dəyəri 13 380 000 avro olan “Sabah” klubu tamamlayır.

“Zirə” (7 550 000 avro) dördüncü, “Turan Tovuz” (6 650 000 avro) beşinci, “Sumqayıt” (6 380 000 avro) altıncı sırada qərarlaşıb.

Yeddinci pillədəki “Qəbələ”nin dəyəri 5 630 000 avro, səkkizinci sıradakı “Səbail”in dəyəri 4 330 000 avrodur.

Son iki pilləni isə bölgə təmsilçiləri – “Araz-Naxçıvan” (3 980 000 avro) və “Kəpəz” (3 230 000 avro) klubları tuturlar.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının ümumi dəyəri 80 600 000 avro təşkil edir.