logo

Sahibə Qafarova Azərbaycan dilini öyrənən bolqar tələbələrlə görüşüb

11:55 12-09-2023 | icon 1155
Sahibə Qafarova Azərbaycan dilini öyrənən bolqar tələbələrlə görüşüb

Bolqarıstanda rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ilə tanış olub. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki,  parlamentin sədrinə mərkəzin fəaliyyəti haqqında geniş məlumat verilib.

Mərkəzə, həmçinin "Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab təqdim olunub, Ermənistanın torpaqlarımızın 30 illik işğalı zamanı şəhər və rayonlarımızda törətdiyi dağıntılar, vəhşiliklər barədə məlumat verilib.

Daha sonra Milli Məclisin sədri Azərbaycan dilini öyrənən bolqar tələbələrlə görüşüb.

S.Qafarova Mərkəzdə xatirə kitabını imzalayıb.