logo

Salyanda yeni doğulmuş körpəni yol kənarına atdılar

11:33 12-09-2023 | icon 1547
Salyanda yeni doğulmuş körpəni yol kənarına atdılar

Sentyabrın 12-də səhər saat 5 radələrində Salyan rayon Polis Şöbəsinə rayonun Qarabağlı kəndi ərazisində yeni doğulmuş körpənin yol kənarına atılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan YeniAvropa-ya  verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və körpə Salyan rayon təcili yardım tibb personalına təhvil verilib.

Faktla bağlı Salyan rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalara başlanılıb.