logo

Prezident Ələt–Astara–İran dövlət sərhədi avtomobil yolunun əsaslı təmirinə 7 milyon manat ayırdı

13:33 08-09-2023 | icon 1169
Prezident Ələt–Astara–İran dövlət sərhədi avtomobil yolunun əsaslı təmirinə 7 milyon manat ayırdı

Prezident İlham Əliyev sentyabrın 8-də " Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) bir hissəsinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,0 (yeddi) milyon manat ayrılsın".