logo

Asif Əsgərov Avropa Klublar Birliyinin İcraiyyə Şurasına üzv seçilib

14:34 07-09-2023 | icon 2023
Asif Əsgərov Avropa Klublar Birliyinin İcraiyyə Şurasına üzv seçilib

“Qarabağ” Futbol Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) qərarverici orqanı olan İcraiyyə Şurasına üzv seçilib.

YeniAvropa xəbər verir ki, o, qurumun Berlində təşkil olunan Assambleyası çərçivəsində bu gün keçirilən seçkidə klubların səs çoxluğunu qazanaraq 2023-2027-ci illər üçün ECA-da təmsil olunmaq hüququ əldə edib.

Bununla da Asif Əsgərov beynəlxalq nüfuzlu futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı olub.