logo

Qəbələdə ağır avtoqəza: 15 yaralıdan 3-nün vəziyyəti ağırdır-TƏBİB

15:13 26-05-2023 | icon 1484
Qəbələdə ağır avtoqəza: 15 yaralıdan 3-nün vəziyyəti ağırdır-TƏBİB

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin(TƏBİB) tabeliyində fəaliyyət göstərən “103” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.

YeniAvropa xəbər verir ki, bu barədə TƏBİB-dən verilən məlumata bildirilib. Qeyd edilib ki, hadisə nəticəsində xəsarət alan 15 nəfər TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti ağır olan 3 nəfərin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 12 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.