logo

İlham Əliyev Horadiz–Zəngilan yolunun əsaslı təmirinə 31,4 milyon manat ayırdı

13:59 26-05-2023 | icon 3416
İlham Əliyev Horadiz–Zəngilan yolunun əsaslı təmirinə 31,4 milyon manat ayırdı

Prezident İlham Əliyev mayın 26-da “Zəngilan rayonunda Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamla Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində 61 kilometr uzunluğunda mövcud Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 31,4 milyon manat ayrılıb.