Ceyhun Bayramov ATƏT PA-nın prezidenti ilə görüşüb
Mayın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak məqsədilə ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfeltin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə ATƏT Parlament Assambleyasında Azərbaycanla münasibətlərin əməkdaşlıq perspektivləri və gündəlikdə duran əsas məsələlər, ATƏT Parlament Assambleyasının Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə mümkün töhfələri ətrafında müzakirələr aparılıb.
Azərbaycan Respublikası Milli Məclisinin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq konfransın qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Parlamentlərarası dialoqun və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, ölkəmiz tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq layihələri barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın təxribatlarına və prosesləri ləngitmək səylərinə baxmayaraq bölgədə sülhün və sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib.
Bununla yanaşı, davam edən mina təhdidləri, üçtərəfli Bəyanat çərçivəsində Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi, aprel ayında əsir götürülmüş Azərbaycan hərbçilərinə qarşı zorakılıq və onların qaytarılmaması, itkin düşmüş şəxslər barədə məlumat verilməməsi kimi məsələlərə diqqət çəkilib.
ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt ölkəmizə səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə Zəngilan rayonuna səfər etdiklərini və Azərbaycan tərəfindən yenidənqurma layihələri ilə yaxından tanış olduqlarını diqqətə çatdırıb. ATƏT Parlament Assambleyasının Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edən M.Sederfelt, həmçinin regionda sülhün və təhlükəsizliyin təmin olunmasının vacibliyindən söz açıb, ATƏT Parlament Assambleyasının sülhü, sabitliyi, parlament diplomatiyasını təşviq etdiyini, regionda sülhün təmin olunması istiqamətində çalışdığını vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
“Azercell Telekom”un Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib
Ərdoğan Türkiyə parlamentidə andiçmə mərasimində iştirak edir
Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçirilir
Sabah Bakıda 31° isti olacaq,bölgələrdə şimşək çaxacaq,dolu düşəcək
“Neftçi” 11-ci dəfə Azərbaycan kubokunun finalında oynayacaq
Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
Paytaxtdakı Alı Mustafayev küçəsi təmirə bağlanır
Milli Məclis dövlət büdcəsinə nədən yenidən baxır?-Nazirin açıqlaması
İranda həbs edilən Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür-XİN
İyulun 19-da Məhərrəm ayı başlayır
Bu gün Türkiyə parlamenti yeni tərkibdə fəaliyyətə başlayır
Azərbaycan Avropa Paralimpiya Oyunlarında 45 idmançı ilə təmsil olunacaq
Azərbaycanda pul bazası 17 milyard manatı ötür
İstanbulda Türkiyə-Azərbaycan yoldaşlıq görüşü keçiriləcək
Fransa prezidentinin bəyanatı bölgədə sülhə müsbət töhfə vermir-XİN
Dövlət Komitəsi Dünya Bankı ilə qrant sazişi imzalayıb
"AÇG"dən 573 milyon ton neft, 208 milyard m3 qaz hasil edilib
İlham Əliyev İtaliya prezidentini təbrik edib
Co Bayden ayağı büdrəyərək yıxılıb
Ərdoğan iyunun 3-də and içəcək
“Uşaq hüquqlarının qorunması həftəsi” yekunlaşıb
Salyanda ölülərin qızıl dişlərini oğurlayan şəxslər saxlanılıb
Bakıda Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu keçirilir
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Bakıda buz meydançası istifadəyə verilib