logo

"Bakcell" Zəngilanın Ağalı kəndində mağaza açdı

12:52 24-05-2023 | icon 2233
"Bakcell" Zəngilanın Ağalı kəndində mağaza açdı

Zəngilan rayonunun Ağalı kəndində yeni "Bakcell" mağazası fəaliyyətə başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə şirkətdən bildirilib. Qeyd edilib ki, yeni "Bakcell" mağazasında Ağalı sakinlərinə şirkətin məhsul və xidmətlərinin geniş çeşidi, həmçinin mobil nömrələr və aksesuarlar təklif edilir.

Mağazanın açılışında "Bakcell" şirkəti və yerli qurumların nümayəndələri ilə yanaşı Ağalı kəndinin sakinləri də iştirak ediblər.
Açılış mərasimi xüsusi olaraq uşaqlar üçün hazırlanmış əyləncə proqramı ilə yadda qalıb. Ağıllı kəndin gənc sakinləri üçün xoş sürpriz kimi tədbirdə müxtəlif oyunlar və şən yarışlar keçirilib, uşaqlara maraqlı hədiyyələr təqdim edilib.

“NEQSOL Holding”in tərkibinə daxil olan "Bakcell" şirkəti hazırda “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.

file..0.1-8..

 file..0.1..