logo

Biləsuvar qohumların mübahisəsi ölümlə nəticələndi

11:01 24-05-2023 | icon 1211
Biləsuvar qohumların mübahisəsi ölümlə nəticələndi

Mayın 24-də Biləsuvar rayonunun Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alması barədə rayon polis idarəsinə məlumat daxil olub.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-cü il təvəllüdlü Cavid İdrıs oğlu Həmidov saxlanılıb. Saxlanılan şəxs hadisə barədə polisi özü məlumatlandırıb. Bildirilib ki, onlar qohumdur və cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Əsgər Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.