Azərbaycan Türkmənistana pambıq lifinin ixracına başlayıb
Azərbaycanın rəqabətqabiliyyətli qeyri-neft məhsullarının ənənəvi və yeni bazarlara çıxışı artır. Ölkəmiz Türkmənistana pambıq lifinin ixracına başlayıb.
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) YeniAvropa-ya bildirilib ki, Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması sahəsində məqsədyönlü işlər görülür, emal sənayesi genişləndirilir və yeni emal müəssisələri qurulur.
Mingəçevir Sənaye Parkında Özbəkistan və Türkmənistanla birlikdə tekstil sənayesinin inkişafında, həmçinin yeni istehsal sahələrinin yaradılması istiqamətində işlər görülür. Ümumilikdə, pambıqçılığın inkişafı sahəsində Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı yeni mərhələyə qədəm qoyur. Belə ki, Özbəkistanla yaradılmış əməkdaşlıq əlaqələri çərçivəsində ölkəmizdə pambıqçılıq klasterlərinin yaradılması işlərinə başlanılıb.
Azərbaycanda fəaliyyət göstərən pambıq istehsalçıları - “MKT İK”, “Azərpambıq” və “P-Agro” şirkətləri Türkmənistana pambıq lifinin ixracına başlayıb. İlkin mərhələdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanından gəmilər vasitəsilə Türkmənistana 30 min ton həcmdə pambıq lifi göndəriləcək. Gələcəkdə Türkmənistana pambıq lifi ilə yanaşı, pambıq emalından alınan digər məhsulların da ixracı nəzərdə tutulur ki, bu da Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığın, o cümlədən logistika və ticarət əlaqələrinin inkişafına töhfə verəcək.
İndiyədək Türkiyə, Rusiya, İran, Belarus, Banqladeş, İsveçrə və digər ölkələrə pambıq lifi ixrac edilib.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır