logo

İlham Əliyev Ukrayna və Keniyaya yeni səfirlər təyin edib

14:58 23-05-2023 | icon 1162
İlham Əliyev Ukrayna və Keniyaya yeni səfirlər təyin edib

Prezident İlham Əliyev mayın 23-də  Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Seymur Qurban oğlu Mərdəliyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilsin" .

Dövlət başçısının bu gün imzaladığı digər bir sərəncamla Seymur Mərdəliyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsindən geri çağırılıb. 

***

Prezident İlham Əliyev bu gün həmçinin, Sultan Ağami oğlu Hacıyevin Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında da sərəncam imzalayıb.